0A A“TURİST OLMAĞIN VAXTIDIR!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.XALQ.AZ məlumat verir ki,belə çağırışla AZAL müştərilərini aldadır.Bu günlərdə AZAL 29% endirimlə kampaniya keçirilməsi ilə bağlı sosial şəbəklərdə elanlar paylaşıb. Bu kampaniyadan yararlanmaq istəyən müştərilər isə bunun yalan olduğunu aşkar ediblər. Elanda göstərilən 1 oktyabr- 25 dekabr tarixlər arasında keçirilən kampaniyada artıq aşağı sinif biletlərinin olmadığı cavabı verilib.Belə ki, Ramin Quliyevə Bakı-Berlin reysinə ekonom bilet bitdiyi bildiriblər. Samirə Hacıyeva adlı müştəriyə isə Bakı-Moskva-Bakı bileti oktyabr ayında 915 manata təklif olunub, eyni qayda ilə yaxın günlər üçün nəzərdə tutulan uçuş üçün ekonom sinfinə aid biletlərin satışı yekunlaşdığı bildirilib. Araşdırmalarımız zamanı məlum oldu ki, AZAL -ın 29% endirimlə bağlı kampaniyası baha qiymətinə olan bilətlərə aid edilib. Belə ki, bir neçə müştəriyə eyni cavab verilib ki, ekonom bilet bitib. Belə hal ilk dəfə deyil.Qeyd edək ki, AZAL-dan vətəndaşlar mütəmadi sosial hesablarında şikayətlər yazır.Xəbər verdiyimiz kimi, Bakı-Naxçıvan və Naxçıvan- Bakı reysinə biletlərin tapılmadığı vurğulanır.Bütün bunlarla bağlı “AZAL” sorğularımıza cavab vermir.