Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 966,9 milyon manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olub. Bu, ümumi dövriyyənin 60 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 % artaraq 1 milyard 456,8 milyon manat olub.
"Cebheinfo.az"