EN

Rutte NATO-nun 14-cü Baş katibi oldu


Hollandiyanın keçmiş baş naziri Mark Rutte bu vəzifəni rekord müddətdə – 10 il tutan norveçli Yens Stoltenberqi əvəz edərək NATO-nun 14-cü Baş katibi oldu.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, səlahiyyətlərin ötürülməsi mərasimi NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.
Stoltenberqin səlahiyyət müddəti çərşənbə axşamı, oktyabrın 1-də başa çatıb. Beləliklə, o, 10 illik fəaliyyətini yekunlaşdırıb.
Keçmiş baş katib bu müddət ərzində hərbi blokun nəinki gücləndiyini, həmçinin, böyüdüyünü bildirib. O, əlavə edib ki, bu illər ərzində hərbi bloka dörd ölkə – Monteneqro, Şimali Makedoniya, Finlandiya və İsveç qoşulub.
Chosen
31
yeniavaz.com

1Sources