EN

Liderlər qrupunda qələbə turu - TURUN ŞƏRHİ

Braziliya çempionatında keçirilən 27-ci turun oyunlarından sonra liderlər qrupunda vəziyyət olduğu kimi qaldı. Səbəb sadədi: tura ilk üç pillədə başlayan komandalar hesabına maksimum xal yazdılar. Nəticədə A seriyasında “Botafoqo” liderliyini davam etdirdi.

Artur Jorjenin komandası üçün Rio de Janeyro derbisi çox çətin keçdi. “Fluminense” ilə səfər oyunu, gözlənildiyi kimi, gərginliyi ilə yadda qaldı. Ev sahibləri mövsümə çox zəif başlasalar da, Manu Menezeşin baş məşqçi vəzifəsinə təyinatından sonra xal ehtiyatını kifayət qədər artırmışdılar. Bu səbəbdən derbinin “Botafoqo” üçün heç də asan keçməyəcəyi ehtimalı doğruldu.

Derbi, demək olar ki, bərabər mübarizə ilə yadda qaldı. Matçın ən ədalətli nəticəsi heç-heçə olmalı idi. Lakin “Botafoqo”nun son saniyələrdə qurduğu hücumu Luis Enrike dəqiq tamamladı. Jorjenin komandası çətinliklə qazandığı ardıcıl 3-cü qələbə ilə liderliyini davam etdirdi.

“Palmeyras” “Botafoqo”ya rahat nəfəs almaq imkanı vermir. Braziliyanın son çempionu da rəqib meydanında minimal hesabla qalib gəldi. “Vasku da Qama” ilə oyun ölkə nəhənginin azacıq üstünlüyü ilə keçdi. 26-cı dəqiqədə Xose Lopes qonaqları önə keçirdi. 23 yaşlı argentinalı hücumçu bu mövsüm 9-cu qolunu vurmaqla oyundaşı Estevaoya çatdı. Qələbə seriyasını 5-ə çatdıran Abel Ferreyranın komandası liderdən yenə 3 xal geri qalır.

Nəhayət, “Fortaleza” 3 oyunluq qələbəsizliyə son qoya bildi. 24-cü turda bu mövsüm ilk dəfə liderliyə yüksələn fortalezalılar zirvədəki yerini qoruya bilməmiş və 3-cü yerə düşmüşdülər. Əvvəlki 3 oyunda yalnız 1 xal qazanan Xuan Voyvodanın komandası üçün növbəti oyun uğurlu alındı. “Göy-qırmızılar” evdə “Bayya”nı 4:1 hesabı ilə darmadağın etdilər. “Fortaleza” 3-cü yerdəki mövqeyini qorudu.

“Flamenqo” isə ardıcıl 3-ci matçda qaləbə qazana bilmədi. Qələbə nədi, Titenin komandası son 3 oyunda 2-ci dəfə uduzdu. Amma səfərdə “Qremio”ya 2:3 hesablı məğlubiyyət “qırmızı-qaralar”ın 4-cü pillədəki mövqeyinə təsir etmədi. Ehtiyatda bir təxirə salınan oyunu olan “Flamenqo” liderdən indi 11 xal geri qalır.

“San Paulu” uğurlu nəticə halında “Flamenqo”nu 4-cü yerdən aşağı sala bilərdi. Lakin argentinalı Luis Subeldianın komandası evdə “İnternasyonal”a 1:3 hesablı məğlubiyyətlə 5-ci yerdə qaldı.

27-ci tur
Fluminense - Botafoqo RJ 0:1

Luis Enrike, 90+5.

Vasku da Qama - Palmeyras 0:1
X.Lopes, 26.

Fortaleza - Bayya 4:1
Marinyo, 26; 37. Poçettino, 80. Renato Kayzer, 89 – Everaldo, 30.

Qremio - Flamenqo 3:2
Kristaldo, 12. Breytveyt, 55. Dieqo Kosta, 83 – Mateus Qonsalveş, 22. Felipe Tereza, 90.

San Paulu - İnternasyonal 1:3
Lusiano, 5 – Bruno Qomes, 42. Tyaqo Maya, 54. Alan Patrik, 63.

Kuyaba - Kruzeyro 0:0

Krisiuma - Atletiko Paranaense 0:0

Korintians - Atletiko Qoyaniense 3:0

A.Romero, 45+4; 55. Qarro, 83.

Atletiko Mineyro - Braqantino 3:0
Deyverson, 39. Kadu, 53. Halk, 78.

Vitoriya - Juventude 1:0
Qustavo Silva, 45+3-p.

1. Botafoqo RJ 27 17 5 5 46-25 56
2. Palmeyras 27 16 5 6 44-19 53
3. Fortaleza 27 15 7 5 36-26 52
4. Flamenqo 26 13 6 7 42-32 45
5. San Paulu 27 13 5 9 35-29 44
6. Bayya 27 12 6 9 38-31 42
7. Kruzeyro 27 12 6 9 34-27 42
8. İnternasyonal 25 11 8 6 30-21 41
9. Atletiko Mineyro 25 9 9 7 35-36 36
10. Vasku da Qama 26 10 5 11 30-36 35
11. Juventude 27 8 8 11 31-37 32
12. Qremio 25 9 4 12 28-32 31
13. Atletiko Paranaense 25 8 7 10 27-29 31
14. Braqantino 26 8 7 11 31-35 31
15. Krisiuma 26 7 8 11 32-40 29
16. Vitoriya 27 8 4 15 29-39 28
17. Korintians 27 6 10 11 26-33 28
18. Fluminense 26 7 6 13 21-29 27
19. Kuyaba 26 5 8 13 23-38 23
20. Atletiko Qoyaniense 27 4 6 17 21-45 18


Bombardirlər: Pedro (Flamenqo) – 11, Estevao, X.Lopes (hər ikisi “Palmeyras”) - 9, Lusiano (San Paulu), Lusero (Fortaleza), Everaldo (Bayya), Veqetti (Vasku da Qama), Halk (Atletiko Mineyro) - 8.

Chosen
25
football-plus.az

1Sources