EN

Prezident tapşırığı: Nazir şad xəbəri elan etdi

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əmək haqqının və minimum pensiyanın artırılması təmin ediləcək.Mediaxeberleri.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb.

Chosen
48
12
mediaxeberleri.az

10Sources