Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe zədələnib. Matc.az xəbər verir ki, “Lill”in 17 yaşlı futbolçusu Çempionlar Liqasında “Real”la keçiriləcək oyunöncəsi sıradan çıxıb. Mbappenin ayaq əzələsindən xəsarət aldığı və təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. O, daha əvvəl avqustun sonunda əzələ zədəsi səbəbindən bir ay komandasından uzaq qalmışdı. Beləliklə, Ethan qardaşı Kiliana qarşı keçiriləcək Çempionlar Liqası matçında iştirak edə bilməyəcək.