EN

Taekvondoçumuzdan beynəlxalq turnirdə qələbə

Azərbaycan taekvondoçusu Vasif Səlimov Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclərin dünya birinciliyində uğurla çıxış edib.

Azərbaycan Taekvondo Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, 63 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz yarışda bürünc medal qazanıb.

V.Səlimov Qırğızıstan, Vyetnam, Tayvan və Tailanddan olan rəqiblərinə qalib gəlsə də, bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü yeri tutub.

Chosen
10
2
bakivaxti.az

4Sources