EN

Azyaşlı qız çəkdiyi şəkillə diqqət çəkdi

Böyük Britaniyadan olan səkkiz yaşlı fotoqraf Ceymi adlı qız çəhrayı çəyirtkənin unikal kadrını çəkib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu rəngdə bir həşəratla qarşılaşma şansı təxminən 1%-dir.

"Mən onu görə bildiyim üçün şanslı idim", - deyə məktəbli qız deyib. 

Çəyirtkənin belə qeyri-adi çəhrayı rəngə sahib olmasının səbəbi çəhrayı piqmentin çoxluğuna və qara rəngin olmamasına səbəb olan genetik mutasiyadadır. Ceyminin fotosu bir çox sosial şəbəkə istifadəçisinin heyranlığına səbəb olub.

Chosen
163
2
unikal.az

10Sources