EN

“Horizon-2020” Elmi-Tədqiqat və İnnovasiya proqramı çərçivəsində növbəti nüfuzlu elmi konfrans AzMİU-da keçiriləcək (FOTO)

Bakı. Trend:

Qazaxıstanın ən iri iqtisadi, elm və mədəniyyət mərkəzlərindənolan Almata şəhərində Avropa İttifaqının (Aİ) “Horizon-2020”Elmi-Tədqiqat və İnnovasiya sahəsində mübadilə MarieSklodowska-Curie Actions Research and İnnovation Staff Exchange“Call: 2020 – MSCA – RİSE – 2019") proqramı çərçivəsində konfranskeçirilib.

“Evolusiya Tənlikləri, Yaxınlaşma Nəzəriyyəsi və SpektralOptimallaşdırma” (Evolution Equations, Approximation and SpectralOptimization) mövzusuna həsr olunan konfransda Azərbaycan Memarlıqvə İnşaat Universitetini (AzMİU) elm və innovasiya məsələləri üzrəprorektor professor Nigar Aslanova təmsil edib. Nigar Aslanovanınkonfransda iştirak etməkdə məqsədi elmi məruzə ilə çıxış etmək,həmçinin layihənin rəhbərləri və koordinatorları ilə görüşlərkeçirmək olub.

Professor Nigar Aslanova konfransda “Dördüncü dərəcəlidiferensial operator üzrə bəzi spektral suallar” mövzusunda elmiməruzə ilə çıxış edib. Alim məruzəsində mexanika və fizikanın birsıra məsələləri üçün model rolunu oynayan tədqiqatlarını, əldəetdiyi son elmi yeniliklərini iştirakçıların nəzərinə çatdırıb.

Almaniyanın İlmenau Texniki Universitetinin və LüberkUniversitetinin Riyaziyyat institutları, Çexiya ElmlərAkademiyasının Nüvə Fizikası İnstitutunun və Ukrayna Milli ElmlərAkademiyasının Riyaziyyat İnstitutunun tərəfdaşlığı ilə keçirilənkonfransda Qazaxıstanın Riyaziyyat və Riyazi Modellər İnstitutu,Özbəkistanın Turin Politexnik Universiteti və GürcüstanUniversitetinin Riyaziyyat İnstitutunun da təmsilçiləri iştirakediblər.

Konfransdan sonra keçirilən görüşlər zamanı proqram çərçivəsindənövbəti il elmi tədbirin keçiriləcəyi yerlə bağlı məsələ dəmüzakirə olunub. Universitet və elmi-tədqiqat institutununnümayəndələri təmsil etdikləri ölkə və qurumla bağlı təqdimatlarediblər. Təqdimatlar zamanı nümayəndələr daha yaxşı təşkilatçılıqlaəlaqədar əsaslandırmalar aparıblar. Nəticədə AzMİU-da son illərelmi tədqiqat məsələlərinə göstərilən diqqət, əldə olunan uğurlar,eləcə də beynəlxalq elmi konfransların keçirilməsində qazanılantəcrübə əsas götürülərək 2025-ci ildə konfransın Bakıda keçirilməsiqərara alınıb.

Qeyd edək ki, proqram çərçivəsində təşkil olunacaq nüfuzlu elmikonfrans 9-11 sentyabr 2025-ci il tarixlərində AzMİU-dakeçiriləcək. Həmin tarixə kimi “Evolusiya Tənlikləri, YaxınlaşmaNəzəriyyəsi və Spektral Optimallaşdırma” (Evolution Equations,Approximation and Spectral Optimization) konfransı çərçivəsində biraraya gələn qurumlar arasında elmi kadr mübadiləsi və qarşılıqlıəlaqələrin daha da gücləndirilməsi prosesi həyata keçiriləcək.

“Horizon-2020”
“Horizon-2020”
“Horizon-2020”
“Horizon-2020”
Chosen
41
2
az.trend.az

3Sources