EN

Qazaxda möhtəşəm layihə: "Qızlar Yurdu" tələbə yataqxanası - VİDEO

"CARÇIOGLU GROUP" MMC-nin  təşəbbüsü və dəstəyi ilə Qazax şəhərində tələbə qızlar üçün "Qızlar Yurdu" yataqxana kompleksinin tikintisi yekunlaşıb.Bu barədə Mediaxeberleri.Az-a "CARÇIOGLU GROUP" MMC-dən məlumat verilib.Bildirilib ki, ən müasir standartlara uyğun inşa olunan yataqxana kompleksində yalnız Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri deyil, Qazaxda yerləşən digər ali və orta ixisas məktəblərində təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Yataqxana binası 84 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub. 0,78 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 1200 kvadrat metrdən çoxdur. "Tələbə Qızlar Üçün Yurd" hər kəsə rahatlıq bəxş edəcək. 84 nəfərlik Yataqxanada təhlükəsizlik tam təmin olunur. Mühafizə xidməti tərəfindən təhlükəsizlik qaydalarına tam riayət olunacaq. Tibb məntəqəsi, Mütaliə zalı, Fitnes zalı, kafe fəaliyyət göstərəcək. Tələbələr fasiləsiz internet xidmətindən yararlanacaq. Hər kəsin zövqünə uyğun təmiz, səliqəli mətbəx. Bir otaq 3 və 4 nəfərdən ibarətdir. Hər yataq otağında keyfiyyətli çarpayılar, yazı masası, televizor, hamam otağı var. Ünvan: Qazax şəhəri, Səməd Vurğun küçəsi 19

1Sources