EN

ABŞ-dan Rusiyaya qarşı daha bir sanksiya

ABŞ Maliyyə Nazirliyi yeddi rusiyalıya və Rusiyadan iki hüquqi şəxsə qarşı kiber sferada sanksiyalar elan edib.

Bizimxeber.az "RİA Novosti"yə istinadən bildirir ki, məhdudiyyətlərə Eduard Benderski, Vadim Poqodin, Beyat Ramazanov, Aleksandr Rıjenkov, Sergey Rıjenkov, Aleksey Şetinin, Viktor Yakubets, həmçinin Solar-Invest MMC və Vympel-Sodeystvie MMC daxildir.

Daha əvvəl ABŞ-ın sanksiyalar siyahısına iki kredit təşkilatı əlavə edilib : Cənubi Osetiyadan International Settlement Bank MMC və Rusiyadan Timer Bank PJSC da bura aiddir.

Chosen
96
1
bizimxeber.az

2Sources