EN

Azərbaycan çempionatının ən bahalı oyunçuları açıqlandı

Məşhur “Transfermarkt” portalı tanınmış oyunçuların yeni bazar dəyərini açıqlayıb.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu Olaviyo Juninyodur. “Qarabağ”ın forvardının dəyəri 2 milyon avroya bərabərdir. Aleksey Kaşuk 1,8 , Mateuş Koxalski və Leandro Andrade isə 1,5 milyon avro dəyərə malikdirlər. Azərbaycanlı futbolçular arasında ən baha Renat Dadaşovdur. Milli komandamızın forvardının qiyməti 1,5 milyondur.

Nəriman Axundzadə 1,2, Toral Bayramovun bazar qiyməti isə 1 milyon avro qiymətləndirilir.

Chosen
80
9
manset.az

10Sources