EN

Türkiyə Livandakı vətəndaşlarını təxliyə edəcək

Livanda təhlükəsizlik vəziyyətinin daha da pisləşəcəyi ehtimalına qarşı Türkiyə bu ölkədəki vətəndaşlarını təxliyə edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama verib.

Məlumata əsasən, təxliyə prosesi ilə bağlı aidiyyəti qurumlar səfərbər edilib. Livandakı türklərin dəniz və ya hava yolu ilə çıxarılması üçün alternativ planlar hazırlanıb, qaynar xətt yaradılıb.

Nazirlik digər ölkə vətəndaşlarının Türkiyə vasitəsilə təxliyəsi ilə bağlı müvafiq qurumlarla danışıqların aparıldığını, indiyədək dəstək istəyən 20-yə yaxın dövlətlə lazımi hazırlıqların davam etdirildiyini bildirib.

Chosen
87
6
sia.az

10Sources