EN

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

İrandan İsrailə 500-ə yaxın raket atılıb...

"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib ki, İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.

***

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.

"Report" bu barədə İranın "Tasnim" agentliyinə istinadən xəbər verir.

SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.

"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.

İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib ki, ölkəsi həm müdafiə, həm də hücuma hazırdır.

***

İran tərəfindən İsrailə yüzlərlə  ballistik raket və qanadlı raket atılıb.

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Hücumun miqyası və səviyyəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

İrandan İsrailə raketlər atıldığı üçün bütün İsrail mülki vətəndaşları bomba sığınacaqlarındadır”, - qeyd edilib.

Poliqon.info

Chosen
10
5
poliqon.info

10Sources