EN

Xamenei İsrailə endirilən zərbəni şərh etdi –QURANDAN SİTATLA

İranın ali dini lideri Ayətullah Əli Xamenei İslami müqavimət qüvvələrinin İsrailə qarşı hücumlarının daha da genişlənəcəyi barədə xəbərdarlıq edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “X”də ivrit dilində müvafiq yazı dərc edib.

 

“Müqavimət cəbhəsinin sionist rejimin çürümüş bədəninə (İsraili nəzərdə tutur – red.) zərbələri daha da sarsıdıcı olacaq”, - Xamenei yazıb.

 

İranın İsrailə hücumunu İran lideri Qurandan bir sitatla şərh edib: “Allahın köməyi ilə qələbə yaxındır”.

Chosen
19
10
senzor.az

10Sources