Polis paytaxtın Xəzər və Nəsimi rayonlarında dələduzluqda şübhəli bilinən 3 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyindən "Operativ Medai"ya verilən məlumata görə, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan qadının 7000 manatını, 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 6350 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Ş.Şahmarov və 26 yaşlı C.Vəliyev müəyyən olunaraq saxlanılıblar.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir qadının 4000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı K.Əyyublu saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.