EN

“Young Learners” imtahanına qeydiyyat davam edir

“Young

Bakı, 2 oktyabr, AZƏRTAC

“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan noyabrın 23-də “PreA1 Starters”, “A1 Movers” və “A2 Flyers” kvalifikasiyaları üzrə keçiriləcək.

İmtahana qeydiyyat oktyabrın 9-dək aparılacaq. Qeydiyyat üçün DİM-in saytında müvafiq linkə daxil olmaq lazımdır.

Kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında “LinguaSkill” imtahanlarını təşkil edir.

Ətraflı məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Chosen
37
1
azertag.az

2Sources