Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Müraciəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.
Xəbər yenilənəcək