EN

Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır – FAKTİKİ HAVA

Oktyabrın 2-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində oktyabrın 1-i gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Qeyd olunub ki, Şahdağın 3 000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy, Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz, Qaxda 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Şahdağda arabir 20 m/s-dək güclənib. Göygöl, Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Chosen
119
49
arantv.az

10Sources