EN

ADPU-nun Quba filialında qalmaqal. Keçmiş məhkum kafedra müdiri təyin olundu.

ş məhkum kafedra müdiri təyin olundu.Bu gün, 00:06           ADPU-nun Quba filialında aparılmış struktur dəyişikliyi bir sıra maraqlı məqamları da özü ilə birlikdə gətirib. Belə ki, 10 il əvvəl həmin təhsil müəssisəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub həbsə məhkum olunmuş Nurbala Süleymanov yenidən vəzifəyə təyin olunub. Adı rüşvət, saxta diplom qalmaqallarında hallanan Azərbaycan Müəllimlər İnstitutu bağlanmış, Quba filialı ADPU-ya qoşulmuşdu. AMİ-nin Quba filialının direktor müavini Nurbala Süleymanov isə həbs edilmişdi. Həbs müddətini tez başa vuran N. Süleymanov ADPU rəhbərliyinə bir yol tapıb sıravi müəllim kimi Quba filialında işə başlamışdı. 2019-cu ildən ADPU-nun Quba filialının direktoru olan dosent Yusif Alıyev ilə N. Süleymanov arasında qısa müddət ərzində yaxın münasibət qurulmuşdu. Özünün qanansuz əməllərinə etiraz edən kadrları “çürük diş” adlandıran Yusif Alıyev ətrafına yığdığı qaranlıq keçmişə malik şəxsləri “peşəkar komandam” adlandıraraq irəli çəkir, vəzifələrə təyin edir. Bu cür şəxslərdən biri də Nurbala Süleymanovdur. N. Süleymanovun təhsil sahəsindəki “xüsusi bacarıqlarını” lazımınca qiymətləndirən direktor Yusif Alıyev onu yeni yaratdığı “Riyaziyyat və təbiət fənləri” kafedrasına müdir təyin etmişdir. Halbuki fakültə dekanı və kafedra müdiri vəzifələri seçkili vəzifələrdir. Dosent Yusif Alıyev 2021-ci ildə “struktur dəyişikliyi” adı ilə seçki ilə vəzifəyə gəlməli olan kafedra müdiri və dekanları uzaqlaşdırmış, təyinatlar etmişdi. Dekan və kafedra müdirlərinin seçkisi ilə bağlı əsasnaməyə görə yeni yaradılan vəzifələr vakant elan olunmalı və 3 ay ərzində seçki keçirilməlidir. Lakin Dos. Y. Alıyev “arzuolunmaz” şəxslərin seçilməsinin qarşısını almaq üçün Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamənin tələbini pozaraq bu vəzifələri 3 il vakant saxlamışdı. Yeni apardığı “islahatdan” sonra isə Nurbala Süleymanov yeni vəzifəyə təyinat alımşdı.QEYD: Yazıda adları çəkilən şəxs və təşkilatların mövqeyini dərc etməyə hazırıq!/teref.az//

Chosen
68
3
gundemxeber.az

4Sources