EN

İranlı nazirdən hədə: “Bölgədə müharibə başlasa...”

“İran İsrailə hücum edərkən raket potensialının yalnız bir hissəsini göstərdi və yəhudi dövlətindən yeni təhlükə yaranacağı təqdirdə bütün imkanlarını ortaya qoymağa hazırdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu İslam Respublikasının müdafiə naziri, general-mayor Əziz Nəsirzadə deyib.

“İslam İnqilabı Keşikçiləri Korpusunun raket əməliyyatı bizim raket potensialımızın yalnız bir hissəsi idi. Onun digər komponenti olan yüksək texnologiyalı və ölümcül raketlərdən istifadə olunmadı”, - deyə Nəsirzadə IRIB TV-də deyib.

“Əgər İsrail yeni tədbirlər görsə, biz daha müxtəlif silahlardan istifadə edəcəyik. Bölgədə müharibə başlasa, biz daha intensiv hərəkət edəcəyik”, - deyə müdafiə naziri əlavə edib.

Chosen
49
1
cebheinfo.az

2Sources