EN

Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı

Azərbaycanda cari ilin aprelində təsis edilən fintexlərdən biri “Cüzdan” MMC nizamnamə kapitalını bir qədər də artırmaqla 1 051 000 manata çatdırıb.

Banker.az xəbər verir ki, təsis edilərkən şirkətin nizamnamə kapitalı 800 min manat idi.

Bununla da, kapital 31 faiz artırılıb.

Qeyd edək ki, şirkətin direktoru Mustafa Baltacıdır. M.Baltacı 2023-cü ilin mayından “Embafinance BOKT” QSC-nin Müşahidə Şurasının üzvüdür.

Mərkəzi Bankın qaydasına görə, ödəniş təşkilatının nizamnamə kapitalının minimum miqdarı göstərdiyi ödəniş xidmətindən asılı olaraq dəyişir. Ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqinin aparılması xidməti olduqda 500 min manat, pul köçürməsi, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti, 100 min manat məbləğində minimal nizamnamə kapitalı tələbi var.

Elektron pul təşkilatının nizamnamə kapitalının minimum miqdarı 750 min manat məbləğində müəyyən olunur. Elektron pul təşkilatı – qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.

 

Chosen
39
1
banker.az

1Sources