EN

Xaçmazda məktəbli sinif yoldaşını bıçaqlayıb

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

"Report"un məlumatına görə, Xaçmaz şəhər 9 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.

T.Orucov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Chosen
22
32
seher.media

10Sources