EN

Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb - YENİLƏNİB

Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

10:58
Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.

Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

www.anews.az
Chosen
20
32
anews.az

10Sources