EN

İstanbul Universitetində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək

Türkiyənin İstanbul Universitetində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək...

Poliqon xəbər verir ki, 17 oktyabr 2024-cü il tarixdə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin kitabxana zalında Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş təşkil olunacaq.

Şairin həm də Türkiyədə yeni işıq üzü görmüş “Astar” və “Cocukluğa deyen kurşun” adlı kitabları təqdim olunacaq, imza günü keçiriləcəkdir.

Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Professor.Dr. Hayati Develi, Prof. Dr. Ramazan Korkmaz, Prof. Dr. Yakub Çelik, Dr. Erol Ülgen , Türk Ədəbiyyatı Vəqfinin başkanı Serhat Kabaklı, Türk Ədəbiyyatı Jurnalının baş redaktoru, kitabların tərcüməçisi İmdat Avşar, Millət vəkili Tənzilə Rüstəmxanlı və başqaları iştirak edəcək, Azərbaycan ədəbiyyatında milli ruhun dirilişi mövzusunda qonaqların və tələbələrin qarşıslnda çıxışlar ediləcək.

Poliqon.info

Chosen
5
2
poliqon.info

3Sources