EN

Separatçı rejim antiterror əməliyyatına qədər bir neçə kütləvi məzarlığı məqsədyönlü şəkildə məhv edilib

“Üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar”.

APA xəbər verir ki, bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.

O bildirib ki, hazırda Dövlət Komissiyasının qarşısında duran əsas zvəzifə I və II Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsidir: “Dövlət Komissiyası itkin şəhidıərin taleyinin aydınlaşdırılması üçün yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına edir. Dünyada isə bəzi təşkiçatlar buna vəsait ayırır. Təəssüf ki, biz hələ belə donor təşkilatlardan dəstək almamışıq”.

Chosen
22
6
apa.az

7Sources