EN

Vidadi İsgəndərliyə 24 bıçaq zərbəsi vurulubmuş – YENİ FAKTLAR

Fransada yaşayan Vidadi İsgəndərlinin Mülüz şəhərində yaşadığı evdə öldürülməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, naməlum şəxslər səhər saatlarında onun evinə daxil olublar.

Onlar Vidadi İsgəndərliyə ümumilikdə 24 bıçaq zərbəsi endiriblər və ərazidən uzaqlaşıblar.

Son dərəcə ağır halda xəstəxanaya çatdırılan V.İsgəndərlinin qara ciyərinin və ağciyərinin tamamilə sıradan çıxması məlum olub və həkimlər 2 günə yaxın müddətdə onu həyatda saxlaya bilsələr də, V.İsgəndərli oktyabrın 1-də vəfat edib. 

Bildirilib ki, V.İsgəndərli Fransada dəfn ediləcək. onun meyiti məhkəmə-tibbi ekspertizadan keçiriləcək. 

Fransa polisi Vidadi İsgəndərovun fiziki hücuma məruz qalması ilə bağlı hələ açıqlama verməyib.

Kərim Abbaszadə

Chosen
40
bakivaxti.az

1Sources