EN

Yaponiya hava limanında partlayış baş verib: hava limanında bütün uçuşlar dayandırılıb

Yaponiyanın Miyazaki prefekturasının hava limanında partlayış baş verib.

“Nikkei” agentliyi şəhər yanğınsöndürmə xidmətinə istinadən yazır ki, bu, partlayış yerli vaxtla təxminən 8:10-da baş verib. Hava limanı səhər saat 9-dan etibarən bütün uçuşları dayandırıb. Aeroport administrasiyası partlayışla bağlı xəbərləri təsdiqləyib və əlavə edib ki, hadisə taksi yolunda baş verib. Orada təxminən 7 kvadratmetr sahəsi və 1 m dərinliyi olan oval bir yarğani meydana gəlib.

“Asahi Shimbun” qəzetinin məlumatına görə, hava limanı yaxınlığında əvvəllər partlamamış Amerika sursatları aşkar edilib. Hava limanı Yaponiya İmperator Hərbi Dəniz Qüvvələrinin keçmiş aviabazasının yerində yerləşir.

//Samir Qurbanov, Editor.az

Chosen
34
editor.az

1Sources