EN

İsrail Quterreşin ölkəyə girişinə qadağa qoydu

Qatil İsrail Yaxın Şərqdə gərginliyin təcili olaraq azaldılmasını tələb edən BMT-nin baş katibi Quterreşi “persona non qrata” elan edərək ölkəyə girişini qadağan edib.

Turkustan.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada xarici işlər naziri Yisrael Katzın BMT-nin baş katibi Quterreşi “persona non-qrata” elan etdiyi bildirilib.

Açıqlamada Quterreşin də ölkəyə girişinə qadağa qoyulduğu, qərarın BMT baş katibinin dünən İranın raket hücumundan sonra verdiyi açıqlamaya görə verildiyi bildirilib.

BMT-nin baş katibi dünənki bəyanatında atılan raketlərlə bağlı İranın adını çəkməyib və Tehranın hücumunu “birbaşa qınamayıb”.

Açıqlamada Quterreşi anti-İsrail olmaqda günahlandıran Katz, "İranın İsrailə qarşı iyrənc hücumunu açıq şəkildə qınamayan, az qala bütün dünya ölkələri kimi, İsrail torpaqlarına ayaq basmağa layiq deyil" deyib.

Dünən İranın İsrailə hücumundan sonra verdiyi açıqlamada Quterreş Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyib və dərhal atəşkəsə çağırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
36
1
turkustan.az

2Sources