Bakı şəhər sakini "Qutab Food" restoranından sifariş etdiyi məhsuldan milçək çıxdığını iddia edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə oxu.az-a şikayət ünvanlayaraq qeyd edib ki, ilk dəfədir, belə vəziyyətlə qarşılaşıb:
"Oktyabrın 2-si saat 02:11-də tətbiq vasitəsilə sözügedən restorandan beş ədəd qutab sifariş etmişəm. Təəssüf ki, aldığım məhsulun içindən milçək çıxdı. Tətbiq vasitəsilə indiyədək 100-ə yaxın sifarişim olub, ilk dəfədir ki, belə bir iyrənc vəziyyətlə qarşılaşıram".
Bizim.Media