EN

"Mançester Siti"nin futbolçusu həbs edildi

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Mateus Nunyes mobil telefon oğurladığı üçün həbs edilib.

Bakıvaxtı.az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 8-də İspaniyanın paytaxtı Madriddə yerləşən gecə klublarının birində qeydə alınıb.

Nunyes tualetdə olarkən 58 yaşlı kişinin telefonunu əlindən alıb. Şahidlərin sözlərinə görə, zərərçəkmiş şəxs oyunçunun şəklini çəkməyə çalışıb, buna çox əsəbiləşən 26 yaşlı yarımmüdafiəçi isə telefonu geri verməyəcəyini bildirərək onu mənimsəyib.

Zərərçəkmiş polislə əlaqə saxlayıb və hüquq-mühafizə orqanları cihazı oyunçunun üzərində aşkar edərək onu saxlayıblar. Futbolçu daha sonra zaminə buraxılıb.

Qyed edək ki, Mateus Nunyes 2023-cü ildən "Mançester Siti"də çıxış edir. O, cari mövsüm 6 oyunda meydana çıxıb və 1 qol vurub.

Chosen
10
5
bakivaxti.az

6Sources