EN

Sutkada Sabunçuda ikinci yeniyetmə öldürüldü

Paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü H.Quliyev kəsici alətlə qətlə yetirilib.

Bu barÉ™dÉ™ DÄ°N-in MÉ™tbuat XidmÉ™ti mÉ™lumat yayıb. 

Bildirilib ki, hadisə bu gün saat 14 radələrində qeydə alınıb. Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Y. Mirzəyev saxlanılıb.

Qeyd edək ki, bu, gün ərzində rayon ərazisində qeydə alınan ikinci belə haldır. Belə ki, səhər saatlarında da Sabunçu rayonu ərazisində yeniyetmələr arasında mübahisə qanla bitib.

Chosen
7
5
buta.media

6Sources