EN

Avropadan mesaj: “Fələstinə hərbi müdaxilə etməliyik”

Yaxın Şərqə beynəlxalq hərbi müdaxilə Fələstin məsələsində iki dövlətli həll yolunu tətbiq etmək və mövcud dalandan çıxmaq üçün bir yol ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.

“Baş verənlərin açıq bir həlli və olayların davam etməsinə icazə verməyin mənası yoxdur. İki dövlətli həll yalnız o zaman əldə edilə bilər ki, beynəlxalq ictimaiyyət bunu güc yolu ilə çözə biləcəyini bəyan edəcək”, - baş nazir vurğulayıb.

Hərbi müdaxilənin mümkün olub-olmamasına gəlincə, Frederiksen bunu mümkün hesab edir: “Bəli mümkündür. Beynəlxalq birlik digər münaqişələr və müharibələrə müdaxilə edərək, nələrisə çözməyə nail olub”.

İsrail iki dövlətli həll təklifini qəbul etmir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
37
teleqraf.com

1Sources