EN

“Sülh sazişi birgə komissiyanın yaradılmasını da nəzərdə tutur”

“Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişi digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişatına nəzarət etmək üçün birgə komissiyanın yaradılmasını da nəzərdə tutur”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

O, çıxışı zamanı sazişin iki ölkə arasında diplomatik münasibətlərin yaradılması, ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi bir neçə əsas komponentini qeyd edib.

Chosen
23
6
qafqazinfo.az

7Sources