EN

SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, BP-nin günəş və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Alvarez Marivela və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov arasında görüş keçirilib.

Mia.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə SOCAR ilə BP arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əlaqələrdən məmnunluq ifadə edilib. Bu xüsusda, Cəbrayıl rayonunda icra olunacaq “Şəfəq” layihəsində birgə iştirakın uğurlu əməkdaşlığın genişləndirilməsinin bariz göstəricisi olduğu qeyd edilib. “Şəfəq” layihəsinin Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcəyinə inam ifadə olunub.

Chosen
11
5
mia.az

6Sources