EN

Matçı deyil, raketləri izlədilər - Foto

Asiya Çempionlar Liqasının “Sepahan” (İran) - “İstiklol” (Tacikistan) oyunu zamanı gözlənilməz anlar yaşanıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oyun keçirilən zaman İranın İsrailə atdığı raketlər stadionun yaxınlığından keçib.

Stadiondakı azarkeşlər matçı yox, raketləri izləməyə başlayıblar və həmin anları lentə alıblar.

Qeyd edək ki,  matç “Sepahan”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


Chosen
7
5
qafqazinfo.az

6Sources