Malayziyada faciəvi hadisə baş verib.
Medianews.az xəbər verir ki, 50 yaşlı balıqçı Ridvan Navir çayda tor qurarkən timsahın hücumuna məruz qalaraq dünyasını dəyişib.
Axtarış-xilasetmə qrupları Navirin parçalanmış cəsədini çaydan çıxarıb. Səlahiyyətlilər belə ərazilərdə yaşayan və ya işləyənləri diqqətli olmağa çağırıb.
Hadisə sentyabrın 30-da səhər saatlarında baş verib. Hadisə şahidləri timsahın Naviri suya çəkdiyini görüblər.
Axtarışlar nəticəsində Navirin parçalanmış meyiti tapılıb. Onun bədəninin bəzi hissələrini tapmaq mümkün olmayıb.
Medianews.az