Azərbaycana Belarus epizootiya vəziyyətinə nəzarət sistemlərini inkişaf etdirəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan ““Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
““Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatında komitə sədri bildirib ki, preambula və 2 maddədən ibarət olan Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb.
Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur.
Sənədə əsasən beynəlxalq epizootik büronun Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əvəz olunması təklif edilir.