EN

"Jeep" 150 mindən çox avtomobili geri çağıracaq

Amerikanın "Jeep" şirkəti 150 mindən çox avtomobilini təmir üçün geri çağıracaq. 

Valyuta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.

Geri çağırma kampaniyası 2020-2024-cü illər arasında istehsal olunmuş "Jeep Wrangler 4xe" yolsuzluq avtomobilləri və 2022-2024-cü illərdə istehsal edilmiş "Jeep Grand Cherokee 4xe" də daxil olmaqla 154 min avtomobili əhatə edəcək.

Qeyd olunur ki, avtomobillərin yanması ilə bağlı 13 fakt müəyyən edilib. Şirkətdən verilən məlumata görə, batareya boşaldıqca yanğın riski azalır. "Jeep" avtomobilləri bağlı qarajlarda saxlamamağı tövsiyə edib.

Bundan əvvəl məlum olmuşdu ki, "Tesla" servis texniklərinin sükan çarxları üçün nəzərdə tutulmuş təhlükəsizlik yastıqları ilə dairəvi halqalı ənənəvi sükan çarxlarını qarışdırması səbəbindən 159 avtomobili təmirə çağırmaq məcburiyyətində qalıb. Qəza zamanı sükan çarxının başqa növü üçün nəzərdə tutulmuş hava yastığı düzgün açılmaya bilər.

"Hyundai" həmçinin 13,5 min avtomobilini təmir üçün geri çağıracaq. 7,349 "2024 Elantra", 2,364 "Venue" və 3,798 "Kona" avtomobillərində fabrikdə nasaz EGR sensorları quraşdırılmış ola bilər. Avtomobilin istismarı zamanı sensorda qısaqapanma baş verə bilər ki, bu da mühərrikin dərhal dayanmasına səbəb olacaq.

Paşa Məmmədli

Chosen
46
valyuta.az

1Sources