EN

Meyxanaçı ilə məşhur aparıcı evləndi - FOTOLAR

İctimai TV, "Space" və AzTV-də səhər verilişlərinin aparıcısı kimi məşhurlaşan Nübar Əbillə tanınmış meyxanaçı və ssenarist Pərviz Arifin dünən toyu olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıdakı restoranların birində keçirilən toydan kadrlar sosial şəbəkələrdə yayılıb.

Aparıcı toyunda bir neçə gəlinlik dəyişib.

Qeyd edək ki, bu, cütlüyün üçüncü toyudur. Birinci toy aparıcının boya-başa çatdığı Neftçala rayonunda baş tutub, daha sonra cütlük dostları arasında bu əlamətdar hadisəni qeyd edib.

Hazırda AzTV-də çalışan Nübar Əbil bir müddət əvvəl “Günə davam” proqramından uzaqlaşıb. Meyxanaçı isə "Qız atası", "Qısaqapanma" seriallarrının ssenaristi, "De gəlsin" yarışmasının qalibi olub.

 

Chosen
20
2
operativmm.az

3Sources