ABŞ-da təxminən qırx il ərzində poliqonda qalan lüks köhnə avtomobil kolleksiyası aşkar edilib.
Referans.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Referans.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Los-Ancelesin kənarında 566-dan çox avtomobil və hissələri tapılıb. Kolleksiya 1950-ci illərdə ABŞ-a köçmüş alman mühacir Rudi Kleinə məxsus olub. O, 1967-ci ildə məşhur "Porsche Foreign Auto" poliqonunu açıb. Kənardan baxanda polad hasarlar və tikanlı məftillərlə örtülmüş zibilxana tərk edilmiş görünür, amma içəridə lüks avtomobillər - "Lamborghini", "Porsche" və "Ferrari" var.
Klein heç vaxt kolleksiyası haqqında danışmayıb - yalnız seçilmiş bir neçə nəfər ora daxil ola bilib. Kolleksiyaçı 2001-ci ildə vəfat edib, lakin qohumları kolleksiyanın toxunulmaz qalmasına əmin olublar.
"Daily Mail"in məlumatına görə, köhnə avtomobillər oktyabrın sonunda hərraca çıxarılacaq. "RM Sotheby's" saytına görə, "Junkyard: The Rudy Klein Collection" auksionu Kleinin varislərinə milyonlar qazandırmalıdır. Lotlar arasında tarixdə ilk superkar sayılan üç bərpa edilmiş "Lamborghini Miura" var ki, onların hazırkı dəyəri təxminən 2 milyon dollardır./Valyuta.az