Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var”, – agentliyin həmsöhbəti bildirib.
Məlumata görə, gəmi Rostov-Dondan Samsun limanına gedirmiş. Gəmini saydan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.