EN

Messi dubl etdi, “İnter Mayami” qələbə qazandı

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” ABŞ çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Kolumbus” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 3:2.

Messinin dubl etdiyi görüşdə Luis Suares də bir qol vurub. “Kolumbus”da isə Dieqo Rossi və Çuço Hernandes fərqləniblər.

“İnter Mayami” 32 oyundan sonra 68 xalla liderdir. Komanda ən yaxın izləyicisi “Kolumbus”u 11 xal qabaqlayır.

Chosen
39
futbolpress.az

1Sources