EN

Komandası çempion oldu, Messi 46-cı kubokunu qazandı


“İnter Mayami” MLS-in 32-ci turunda “Kolumbus Cryu”yə 3:2 hesabı ilə qalib gəlib və mövsümün sonuna iki tur qalmış çempionluğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, 68 xalla turnir cədvəlinə başçılıq edən “İnter Mayami” ən yaxın rəqibini 11 xal qabaqlayıb.
Bununla da məşhur argentinalı forvard və “İnter Mayami”nin kapitanı Lionel Messi karyerasında 46-cı kuboku qazanıb.
Qeyd edək ki, ötən il 37 yaşlı argentinalı “İnter Mayami” ilə Liqa Kubokunu da qazanıb. Əvvəllər o, iki dəfə Fransa çempionu olduğu və ölkə Superkubokunu qazandığı PSJ-də, həmçinin nailiyyətlərinə 34 kubokun daxil olduğu “Barselona”da oynayıb.
Bundan əlavə, Argentina millisinin tərkibində Messi Dünya Kubokunu (2022), “Copa America”nı (2021, 2024) və “Finalissima”nı (2022) qazanıb.
Chosen
23
yeniavaz.com

1Sources