EN

Xameneinin gizlədildiyi təkzib olundu: sabah cümə namazına çıxacaq

İran İslam Respublikasının ali lideri Ayətullah Seyid Əli Xameneinin İsrailin mümkün cavab zərbəsindən gizlədildiyi barə Qərb mətbautının yazdığı rəsmi Tehran tərəfindən təkzib olunub.

Modern.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, Xameneinin sabah Tehranda cümə namazına çıxacağı bildirilib.

Ayətullah Xamenei cümə namazı xütbələrində “Hizbullah” lideri Həsən Nəsrullahın ölümündən sonra bölgədə baş verənləri dəyərləndirəcək.

Xamenei dünən İranın görkəmli alimləri, istedadlı tələbələri və universitetlərin qəbul imtahanlarının qalibləri ilə görüşüb. Görüşdə ali lider Həsən Nəsrullahın ölümü ilə bağlı ölkənin matəm əhval-ruhiyyəsində olduğunu vurğulayıb.

Chosen
22
modern.az

1Sources