"Atəşkəsə hökumətimiz də razılıq vermişdi, Nümayəndələr Məclsinin (parlament) sədri cənab Nəbih Bərri şəxsən "Hizbullah"la məsləhətləşmə aparmışdı Bu barədə ABŞ və Fransanı da məlumatlandırmışdıq. Bizə demişdilər ki, İsrailin Baş naziri Benyamin Netanyahu da sazişə razıdır", - nazir vurğulayıb.
("Hizbullah" terror təşkilatının sabiq lideri Həsən Nəsrullah və Livan parlamentinin sədri Nəbih Bərri. Beyrut, 4 mart 2006-cı il)
Onun sözlərinə görə, hətta ABŞ Prezidenti Co Baydenin xüsusi müşaviri Emos Hokşteynin danışıqlar məqsədilə Livana səfəri gözlənilirdi.
(Livanın XİN rəhbəri Abdullah Bu-Həbib və Ağ Evin xüsusi müşaviri Emos Hokşteyn. Beyrut, 14 iyun 2022-ci il)
Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrın bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmaları yeni mərhələyə keçirib.
Lapid: "Tehrana cavabımız ağır olacaq" |
Firudin Həmidli
AzVision.az