EN

Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır

Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır...

"Report" xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə Gənclər çempionu Leyla Həsənova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, gənclər problemin miqyasından agahdırlar:

"Ona görə biz problemin həllində tərəfdaş olmaq istəyirik. Şəbəkə olaraq universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Təkcə COP-29 çərçivəsində deyil, digər istiqamətlərdə də iqlim problemləri aktual müzakirə olunmalıdır. COP29 prezidenti Muxtar Babayev də ekoloji maarifləndirməyə dəstək verəcək".

Poliqon.info 

Chosen
4
4
poliqon.info

5Sources