İngiltərə millisinin keçmiş kapitanı və ABŞ-nin MLS liqası təmsilçisi "İnter Mayami"nin sahibi Devid Bekhem Mayamidə 80 milyon dollara malikanə alacaq.
Bu barədə "The Real Deal" məlumat yayıb.
2020-ci ildən etibarən Bekhem ailəsi Mayami şəhərinin mərkəzində bir binanın bütün mərtəbəsini tutan mənzillərə də sahibdir. Onlar bunun üçün təxminən 20 milyon dollar ödəyiblər.
Qeyd edək ki, "İnter Mayami" komandası MLS-də mövsümün bitməsinə iki tur qalmış çempion olub./Report
Tarix: 3 Oktyabr 2024, 12:45