Qaraçay çayının Quba rayonunun inzibati ərazisindən keçən hissəsindən “Az İnşaat” MMC, "Bermud" firması, fiziki şəxslər Elçin Mustafayev, Zaur Cəfərov və Zərbadam Məmmədovaya məxsus karxanalar tərəfindən 16027 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürülüb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, faktlarla bağlı müvafiq olaraq “Az İnşaat” MMC-nin məsul şəxsi Çingiz Nəcəfov, "Bermud" firmasının məsul şəxsi Zamiq Şirinov, karxanaların iş icraçıları İlkin Ədilov, Vilayət Həsənov və Zəfər Vahabov barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub.