EN

Hizbullah İsrail tanklarını pusquya saldı - Xeyli əsgər öldü

İsrail Livanın paytaxtı Beyruta qarşı quru əməliyyatında böyük itkilər verməyə başlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hizbullah 10-a yaxın İsrail əsgərini öldürdüklərini açıqlayıb.
 
Üstəlik, ötən gün İsrail tankları Hizbullah qrupları tərəfindən pusquya salınaraq məhv edilib.
  
Döyüşlər yaxın məsafədən davam edərkən, Misgav Am və Kfar Gladi kimi təchizat xətləri Hizbullah tərəfindən raketlərlə vurularaq Egoz üzvlərinin dəstəyinə mane olub. 

İsrail mediası yaralı əsgərlərin təxliyyəsi zamanı Hizbullahın minaatanlarla hücuma keçdiyini və daha çox əsgərin yaralanmasına səbəb olduğunu bildirib.

Qeyd edək ki, İsrail ordusu ardıcıl səkkiz gün ərzində döyüş təyyarələri və silahlı pilotsuz uçuş aparatları ilə Livanı cənubdan şimala şiddətli bombardman edib və oktyabrın 1-ndən qurudan hücuma başladığını elan edib.
 
Mikayıl
Chosen
20
azxeber.com

1Sources